...

Yunanıstanda "Qərbi Nil" tüğyan edir: 31 ölü

Dünya xəbərləri Materials 29 Sentyabr 2018 10:13 (UTC +04:00)
Yunanıstanda "Qərbi Nil" qızdırması 31 nəfərin həyatına son qoyub.
Yunanıstanda "Qərbi Nil" tüğyan edir: 31 ölü

Bakı. Trend:

Yunanıstanda "Qərbi Nil" qızdırması 31 nəfərin həyatına son qoyub.

Trend-in məlumatına görə, ümumilikdə ölkədə 271 nəfər bu xəstəliyə tutulub.

Bu, hələ sentyabrın 27-nə olan məlumatdır. Təkcə sentyabrın 20-dən "Qərbi Nil" 37 nəfəri cənginə alıb, onlardan dördü ölüb.

Xatırladaq ki, "Qərbi Nil" qızdırması ilk dəfə 2010-cu ildə Yunanıstanda qeydə alınıb. 2010-2014-cü illərdə bu xəstəlikdən 80 nəfər dünyasını dəyişmişdi. Xəstəlik ağcaqanadlar vasitəsilə yayılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti