Bakı. Tural Turan - Trend:
Beynəlxalq Valyuta Fondu (BVF) Ukrayna hökuməti ilə 14 ay müddətinə 3,9 milyard dollar ekvivalentində yeni kredit borcunun ayrılmasına dair razılıq əldə edib.
Trend-in məlumatına görə, BVF-in bəyanatında deyilir:
"Beynəlxalq Valyuta Fondunun nümayəndə heyəti və Ukrayna hökuməti yeni 14 aylıq maliyyələşdirmə proqramı haqqında razılıq əldə ediblər".
Xatırladaq ki, BVF şərti ilə Ukraynada təbii qazın əhali istehlakçı qrupu üzrə tarifinin artırıldığı məlum olub.