Bakı. Tural Turan - Trend:
Yeni Zelandiyada 6.1 bal gücündə zəlzələ qeydə alınıb. Trend-in məlumatına görə, zəlzələnin episentri Uonqanui şəhərindən 98 km cənubda, ocağı isə 227 km dərinlikdə yerləşib.
Zəlzələ nəticəsində xəsarət alanlar və dağıntılar barədə məlumat verilməyib.