...

İranda 6 ayda 47 nəfər bu həbdən ölüb

Dünya xəbərləri Materials 3 Noyabr 2018 17:06 (UTC +04:00)
İranın Mazandaran vilayətində bu ilin ilk yarısında alüminium fosfid həbindən istifadə nəticəsində 47 nəfər dünyasını dəyişib.
İranda 6 ayda 47 nəfər bu həbdən ölüb

Bakı. Elnur Bağışov - Trend:

İranın Mazandaran vilayətində bu ilin ilk yarısında alüminium fosfid həbindən istifadə nəticəsində 47 nəfər dünyasını dəyişib. Bu rəqəm ötən ilin analoji dövrü ilə müqayisədə 18% artıb.

Trend-in məlumatına görə, bunu İranın Mazandaran vilayəti Ekspertiza İdarəsinin baş direktoru Əli Abbasi deyib.

Onun sözlərinə görə, 6 ayda alüminium fosfid həbindən zəhərlənmə nəticəsində həlak olanların 27-si kişi, qalanları isə qadındır.

Ə.Abbasi əlavə edib ki, alüminium fosfiddən zəhərlənmənin 14 halı 21-30 yaşlı insanlar arasında baş verib.

Bu kimyəvi maddə həşəratlara qarşı istifadə edilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti