...

Hindistanda yol qəzası nəticəsində 12 nəfər ölüb

Dünya xəbərləri Materials 4 Noyabr 2018 20:44 (UTC +04:00)
Bazar günü Hindistanın şimalında yerləşən Sonipat şəhərində baş verən yol qəzası nəticəsində 12 nəfər ölüb.
Hindistanda yol qəzası nəticəsində 12 nəfər ölüb

Bakı. Tural Turan - Trend:

Bazar günü Hindistanın şimalında yerləşən Sonipat şəhərində baş verən yol qəzası nəticəsində 12 nəfər ölüb.

Trend-in məlumatına görə, hadisə yerli vaxtla 18:00-da başlayıb. Yük maşını avtomobil və daha bir minik vasitəsi ilə toqquşma nəticəsidə qəza baş verib.

Hazırda 12 nəfərin öldüyü, 7 nəfərin isə yaralandığı bildirilir.

Bütün xəsarət alanlar xəstəxanaya çatdırılıb. Yük maşının sürücüsü hadisə yerindən qaçaraq uzaqlaşıb. Yük maşınını artıq polis tərəfindən müsadirə olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti