Bakı. Trend:
Dağıstanda ağır yol-nəqliyyat hadisəsi olub.
Trend-in məlumatına görə, Qarabudaqkənd rayonunda Qurbuki-Kurma avtomobil yolunun 13-cü km-də "Qazel" markalı mikroavtobus yoldan çıxaraq aşıb.
Hadisə nəticəsində bir sərnişin ölüb, 7-si xəsarət alıb. Yaralılar xəstəxanaya çatdırılıb.
Qəzanın səbəbləri araşdırılır.