Trend-in məlumatına görə, gecə yerli vaxtla 03:30 radələrində müştərilərdən biri ilə klubun mühafizəçiləri arasında mübahisə baş verib.
Klubdan ayrılan müştəri yarım saat sonra bir neçə nəfərlə geri qayıdıb. Silahlı şəxslərin klubu atəşə tutması nəticəsində 5 nəfər yaralanıb.
Yaralılar xəstəxanaya yerləşdirilib.
Faktla bağlı cinayət işi açılıb. Hadisəni törədənlər axtarılır.