...

Robot dövlət qulluqçusu kimi işə qəbul edildi

Dünya xəbərləri Materials 24 Dekabr 2018 14:56 (UTC +04:00)
Səudiyyə Ərəbistanında ilk robot dövlət qulluqçusu kimi işə başlayıb
Robot dövlət qulluqçusu kimi işə qəbul edildi

Bakı. Trend:

Səudiyyə Ərəbistanında ilk robot dövlət qulluqçusu kimi işə başlayıb.

Trend-in məlumatına görə, “Texnik” adı verilən robot ölkənin Təhsil Nazirliyi nəzdində Texniki və Peşəkar Tədris Baş Departamentində təlimatçı vəzifəsinə işə götürülüb.

Qeyd olunur ki, robot təhsil nazirindən xidməti vəsiqəsini alıb və işə başlayıb.

“Texnik” səudiyyəli mütəxəssislər tərəfindən hazırlanıb və proqramlaşdırılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti