...

Luvrda ziyarətçilərin sayında rekord olub

Dünya xəbərləri Materials 3 Yanvar 2019 10:42 (UTC +04:00)
2018-ci ildə Luvr muzeyində ziyarətçilərin sayı 10 milyon nəfəri keçməklə tarixi rekordu yeniləyib.
Luvrda ziyarətçilərin sayında rekord olub

Bakı. Trend:

2018-ci ildə Luvr muzeyində ziyarətçilərin sayı 10 milyon nəfəri keçməklə tarixi rekordu yeniləyib. Trend-in məlumatına görə, bu barədə muzeyin direktoru Lan-Lyuk Martinez bəyan edib.

Qeyd edək ki, bundan öncə rekord say 2012-ci ildə qeydə alınmışdı, həmin il üçün ziyarətçilərin sayı 9,7 milyon nəfər olub.

Xatırladaq ki, Luvr Kral Sarayı muzey qismində 1793-cü ildə sənətsevərlərin üzünə açılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti