...

Yəməndə hərbi bazaya hücum - 5 hərbçi həlak oldu

Dünya xəbərləri Materials 10 Yanvar 2019 12:59 (UTC +04:00)
Yəmənin cənubundakı Lahc əyalətində baş vermiş hücum nəticəsində 5 hərbçi həlak olub
Yəməndə hərbi bazaya hücum -  5 hərbçi həlak oldu

Bakı. Trend:

Yəmənin cənubundakı Lahc əyalətində baş vermiş hücum nəticəsində 5 hərbçi həlak olub.

Trend-in məlumatına görə, hücum husi üsyançılarına məxsus pilotsuz uçuş aparatı vasitəsilə həyata keçirilib.

Qeyd olunur ki, hücum zamanı əl-Anad hərbi bazasında hərbi parad keçirilirmiş.

Hücum nəticəsində bir neçə hərbçi və məmur, o cümlədən Yəmən Silahlı Qüvvələri Baş Qərargah rəisinin müavini, hərbi kəşfiyyat rəhbəri, hərbi polis rəisi və əyalət qubernatoru yaralanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti