...

Hindistan kosmosa robot göndərəcək

Dünya xəbərləri Materials 18 Yanvar 2019 13:17 (UTC +04:00)
Hindistanın Kosmik Tədqiqatlar Təşkilatı digər ölkələr kimi kosmosa ilk olaraq heyvan göndərməyəcək
Hindistan kosmosa robot göndərəcək

Bakı. Trend:

Hindistanın Kosmik Tədqiqatlar Təşkilatı digər ölkələr kimi kosmosa ilk olaraq heyvan göndərməyəcək.

Trend-in məlumatına görə, təşkilat uçuş üçün android-robot hazırlayır.

Qeyd olunur ki, Hindistan istehsalı olan bu robot demək olar ki, hazırdır və yaxın zamanlarda sınaqlar başlayacaq.

Robotun 2020-ci ilin sonunda və 2021-ci ilin iyulunda kosmosa göndəriləcəyi nəzərdə tutulub.

Bu uçuşların uğurlu olacağı təqdirdə Hindistan 2021-ci ilin dekabrında pilotlu uçuş keçirə bilər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti