...

Niaqara şəlaləsi də dondu (FOTO)

Dünya xəbərləri Materials 23 Yanvar 2019 10:03 (UTC +04:00)

Bakı. Trend:

Son günlər Kanada və ABŞ-ın şimal rayonlarında qeydə alınan güclü şaxta nəticəsində Niaqara şəlaləsi qismən donub.

Trend-in məlumatına görə, yerli sakinlər bu təbiət möcüzəsinin şəkillərini sosial şəbəkələrdə paylaşıblar.

Ötən həftənin sonundan Kanadanın şərq, mərkəzi və arktik rayonlarında 30-40, bəzi yerlərdə isə 55 dərəcə şaxta qeydə alınıb.

Xatırladaq ki, 2018-ci ilin əvvəlində də Niaqara şəlaləsi qismən donmuşdu.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti