...

Britaniyalı repçi Cadet yol qəzasında ölüb

Dünya xəbərləri Materials 10 Fevral 2019 16:32 (UTC +04:00)
Böyük Britaniyada Cadet ləqəbi ilə çıxış edən repçi Bleyn Conson yol qəzasında ölüb
Britaniyalı repçi Cadet yol qəzasında ölüb

Bakı. Tural Turan - Trend:

Böyük Britaniyada Cadet ləqəbi ilə çıxış edən repçi Bleyn Conson yol qəzasında ölüb. Trend-in məlumatına görə, 28 yaşlı repçinin olduğu taksi yük maşını ilə toqquşub.

Repçi aldığı zədələrdən yerindəcə keçinib.

Bleyn Conson solo karyeraya 2015-ci ildə başlayıb. 2018-ci ildə “Advice” və “Bumpy” adlı iki sinql buraxıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti