Bakı. Trend:
Ankara dəfələrlə ABŞ-a və digər tərəfdaşlarına Rusiya ilə S-400 zenit-raket sistemlərinin alınmasına dair razılaşmanın ləğv olunmasının mümkün olmadığını bildirib.
Trend-in məlumatına görə, bunu Türkiyənin XİN rəhbəri Mövlud Çavuşoğlu deyib.
Çavuşoğlu deyib ki, Türkiyə artıq S-400 sistemlərini alıb: "Türkiyə S-400 sistemlərini almağa məcbur idi, çünki o, analoji sistemləri müttəfiqlərindən ala bilməyib".
Çavuşoğlunun fikrincə, ABŞ-ın "Patriot" sistemlərinin tədarükü məsələsində inkişafa nail olmaq üçün ABŞ Konqresinin razılığı olmalıdır.