Bakı. Trend:
Suriyanın Hələb şəhərində terrorçuların quraşdırdığı mina partlayıb.
Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, partlayış nəticəsində bir uşaq həlak olub, iki uşaq isə xəsarət alıb.
Məlumata əsasən, onlar yaxınlıqdakı xəstəxanaya çatdırılıblar.
Qeyd edək ki, ötən gün Hələbin Əl-Həmdaniyə rayonunda baş verən partlayış nəticəsində 2 uşaq həlak olub, 5 nəfər isə yaralanıb.