...

ABŞ Rusiyaya qarşı sanksiyaları genişləndirib

Dünya xəbərləri Materials 17 May 2019 02:29 (UTC +04:00)
ABŞ Maliyyə Nazirliyi Rusiyaya qarşı sanksiyalar siyahısını genişləndirib
ABŞ Rusiyaya qarşı sanksiyaları genişləndirib

Bakı. Trend:

ABŞ Maliyyə Nazirliyi Rusiyaya qarşı sanksiyalar siyahısını genişləndirib.

Trend-in məlumatına görə, sanksiyalar siyahısına Çeçenistanın "Terek" operativ reaksiya xüsusi təyinatlı dəstəsi və dəstənin komandiri Əbuzayd Vismuradov da daxil olmaqla 5 rusiyalı daxil edilib.

Məlumata əsasən, Ə.Vismuradovla yanaşı sanksiyalar siyahısına Gennadi Karlov, Sergey Kossiyev, Ruslan Geremeyev və Yelena Trikulya daxil ediliblər.

Xəbər lenti

Xəbər lenti