...

İranlı nazir istefa verdi - Kabinetin iclasından sonra

Dünya xəbərləri Materials 6 İyun 2019 13:19 (UTC +04:00)
İranın təhsil naziri vəzifəsindən istefa verib.
İranlı nazir istefa verdi - Kabinetin iclasından sonra

Bakı. Elnur Bağışov - Trend:

İranın təhsil naziri vəzifəsindən istefa verib.

Trend-in məlumatına görə, bunu İranın Nazirlər Kabinetindəki məlumatlı mənbə deyib.

Rəsminin sözlərinə görə, təhsil naziri Məhəmməd Bəthayi ötən gün Nazirlər Kabinetinin iclasından sonra istefa məktubunu İran prezidenti Həsən Ruhaniyə təqdim edib.

Məlumatlı rəsmi qeyd edib ki, nazir şəxsi səbəblərə görə istefa verib və prezidentin onun istefasını qəbul edib-etməyəcəyi bəlli deyil.

Qeyd edək ki, fevralda İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif istefa versə də, H.Ruhani onun istefasını qəbul etməyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti