...

Afinada ilk məscid tikilib

Dünya xəbərləri Materials 7 İyun 2019 20:17 (UTC +04:00)
Yunanıstanın paytaxtı Afinada ilk məscid tikilib
Afinada ilk məscid tikilib

Bakı. Trend:

Yunanıstanın paytaxtı Afinada ilk məscid tikilib.

Trend-in məlumatına görə, məsciddə ilk ayinlər sentyabr ayında keçiriləcək.

Qeyd olunur ki, Yunanıstanda 200 minədək müsəlman yaşayır. Bu məsciddə eyni vaxtda 400-ə yaxın şəxs namaz qıla biləcək.

Afina bugünədək məscid olmayan yeganə Avropa paytaxtı idi. Yunanıstan 1832-ci ildə Osmanlı imperiyasından müstəqillik əldə etdikdən sonra ölkə ərazisində məscid tikilməsinə icazə verilməyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti