...

“Ostankino” qülləsində BOMBA həyəcanı - Axtarışlar aparılır

Dünya xəbərləri Materials 19 İyun 2019 16:43 (UTC +04:00)
Moskvada “Ostankino” televiziya mərkəzində yoxlamalar aparılır
“Ostankino” qülləsində BOMBA həyəcanı - Axtarışlar aparılır

Bakı. Trend:

Moskvada “Ostankino” Televiziya Mərkəzində yoxlamalar aparılır.

Trend-in məlumatına görə, buna səbəb qülləyə bomba qoyulması barədə anonim zəng olub.

Bildirilir ki, axtarışlar binadan təxliyə aparılmadan keçirilir.

Qeyd edək ki, bu, həftə ərzində “Ostankino” qülləsində bomba ilə əlaqədar ikinci anonim zəng olub. İyunu 17-də binada daha bir axtarış keçirilmiş, anonim zəngin əsassız olduğu müəyyən edilmişdi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti