...

Gürcüstanda üçüncü mərtəbədən lift qırılıb düşüb

Dünya xəbərləri Materials 24 İyun 2019 04:20 (UTC +04:00)
Batumidə içərisində doqquz sərnişin olan lift qırılıb üçüncü mərtəbədən düşüb
Gürcüstanda üçüncü mərtəbədən lift qırılıb düşüb

Bakı. Trend:

Batumidə içərisində doqquz sərnişin olan lift qırılıb üçüncü mərtəbədən düşüb.

Trend-in məlumatına görə, bu barədə "İmedi" telekanalı xəbər verib.

Hadisə Kobaladze küçəsində 22 mərtəbəli yeni tikilmiş binada baş verib.

Nəticədə bir neçə nəfər yüngül xəsarətlər alıb, bir nəfər isə xəstəxanaya yerləşdirilib.

Zərərçəkən şəxslər bina tikən şirkətin məsuliyyətə cəlb edilməsini tələb edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti