...

İranda mikroavtobus dərəyə aşıb - 11 ölü

Dünya xəbərləri Materials 17 İyul 2019 10:04 (UTC +04:00)
İranın İsfahan vilayətinin Buyin Miyandəşt-Xansar yolunda sərnişin mikroavtobusu dərəyə aşıb.
İranda mikroavtobus dərəyə aşıb - 11 ölü

Bakı. Elnur Bağışov - Trend:

İranın İsfahan vilayətinin Buyin Miyandəşt-Xansar yolunda sərnişin mikroavtobusu dərəyə aşıb.

Trend-in məlumatına görə, bunu İranın İsfahan vilayəti yol polis rəisinin əvəzi polkovnik Əsğər Zare polis deyib.

Ə.Zarenin sözlərinə görə, hadisə nəticəsində 11 nəfər həlak olub, 8 nəfər yaralanıb.

Polkovnik yaralıların xəstəxanaya yerləşdirildiyini deyib.

Faktla bağlı araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti