...

ABŞ-da 200-ə yaxın insan elektron siqaret çəkməsinə görə xəstələnib

Dünya xəbərləri Materials 24 Avqust 2019 08:35 (UTC +04:00)
ABŞ-da 200-ə yaxın insan elektron siqaret çəkməsi nəticəsində xəstələnib
ABŞ-da 200-ə yaxın insan elektron siqaret çəkməsinə görə xəstələnib

Bakı. Trend:

ABŞ-da 200-ə yaxın insan elektron siqaret çəkməsi nəticəsində xəstələnib.

Trend-in məlumatına görə, bu barədə "Axios" nəşriyyatı Xəstəliklərin Profilaktikası və Nəzarət Mərkəzinə istinadən yazıb.

Məlumata əsasən, ümumilikdə mərkəzin mütəxəssisləri 28 iyul tarixindən etibarən ölkədə qeydə alınan 193 ağciyər və tənəffüs xəstəliklərini araşdırırlar. İlkin məlumatlara görə, xəstəliklər elektron siqaret istifadəsindən qaynaqlanır.

Bildirilir ki, veyp siqareti çəkən bir nəfər insan ölüb. O ağır tənəffüs xəstəliyi ilə xəstəxanaya yerləşdirilmişdi.

Deyilir ki, iyunun 28-dən avqustun 15-dək ABŞ-da gənc elektron siqaret istehlakçıları arasında 94 ağciyər xəstəlikləri halları qeydə alınıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti