Bakı. Trend:
Əfqanıstan təhlükəsizlik qüvvələrinin ən azı 20 üzvü və 5 mülki şəxs "Taliban" hərəkatının silahlılarının Kunduz şəhərinə edilən hücumu nəticəsində həlak olub.
Trend-in məlumatina görə, bu barədə "TOLO News" telekanalı bildirib.
Məlumata əsasən, daha 80 nəfər, əsasən mülki şəxslər yaralanıb.
Qeyd edilir ki, hal hazırda şəhər "Taliban" silahlılardan təmizlənib və hakimiyyətin nəzarəti altındadır. Hərəkatın 56 silahlısı məhv edilib.