Bakı. Rufiz Hafizoğlu - Trend:
Mərmərə dənizində Türkiyənin Bursa vilayəti akvatoriyasında dəniz reysləri təxirə salınıb.
Trend-in məlumatına görə, bu qərar güclü külək və leysan yağışla əlaqədar qəbul edilib.
Qeyd olunur ki, 7 dəniz reysi təxirə salınıb.
Xatırladaq ki, sonuncu dəfə Türkiyədə dəniz reysləri mart ayında təxirə salınmışdı.