Bakı. Trend:
ABŞ dövlət katibi Maykl Pompeo ilə Rusiya xarici işlər naziri Sergey Lavrov arasında görüş gələn cümə günü üçün planlaşdırılır.
Trend-in məlumatına görə, bu barədə bazar günü ABŞ dövlət departamentinin yüksək səviyyəli nümayəndəsi BMT-nin Baş Assambleyasının 74-cü sessiyası çərçivəsində Nyu-Yorkdakı Pompeo görüşləri ilə bağlı brifinq keçirərək açıqlayıb.
O bildiribki: "Lavrovla görüş cümə günü saat 10:30-da BMT-nin qərargahında planlaşdırılıb. Görüşün gündəliyini daha sonra elan edəcəyini söyləyib".