...

Kaliforniyada yanğınlar səbəbindən 50 mindən çox insan təxliyə olunur

Dünya xəbərləri Materials 27 Oktyabr 2019 01:59 (UTC +04:00)
ABŞ-ın Kaliforniya ştatının hakimiyyəti ştatın şimalında baş verən meşə yanğınları səbəbindən 50 min nəfərin təxliyyəsinə dair göstəriş verıb
Kaliforniyada yanğınlar səbəbindən 50 mindən çox insan təxliyə olunur

Bakı. Trend:

ABŞ-ın Kaliforniya ştatının hakimiyyəti ştatın şimalında baş verən meşə yanğınları səbəbindən 50 min nəfərin təxliyyəsinə dair göstəriş verıb.

Trend-in məlumatına görə, bu barədə "Associated Press" agentliyi bildirib.

Məlumata əsasən, Hildsberg və Vindzor kimi şəhərlərin sakinləri tamamilə təxliyyə ediləcək. Hakimiyyət orqanları küləyin sürətinin 38 m/s qədər çata biləcəyi barədə xəbərdarlıq edib.

Amerikanın enerji şirkəti "Pacific Gas and Electric" (PG&E), öz növbəsində, elektrik enerjisinin planlı bir şəkildə kəsilməsi nəticəsində təxminən 940 min istehlakçının işıqsız qalacağını deyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti