...

Bişkekdə güclü PARTLAYIŞ - 1 ölü, 15 yaralı (YENİLƏNİB 2)

Dünya xəbərləri Materials 8 Noyabr 2019 13:15 (UTC +04:00)
Qırğızıstanın paytaxtı Bişkekdə partlayış baş verib.
Bişkekdə güclü PARTLAYIŞ - 1 ölü, 15 yaralı (YENİLƏNİB 2)

İlk xəbər saat 12:16-da yayılıb

Bakı. Trend:

Qırğızıstanın paytaxtı Bişkekdə baş verən partlayış nəticəsində 1 nəfər ölüb, 15 nəfər yaralanıb. Partlayışa səbəb kimi qaz balonunun partlaması göstərilir.

XXX

Saat 12:16

Qırğızıstanın paytaxtı Bişkekdə partlayış baş verib.

Trend-in məlumatına görə, partlayış paytaxt kafelərindən birində qeydə alınıb. Məlumata görə, ardıcıl olaraq 3 partlayışdan sonra kafedə yanğın başlayıb.

İlkin məlumata görə, insident nəticəsində yaralananlar var.

Partlayışın hansı səbəbdən baş verməsi hələ məlum deyil. Hadisə yerinə xilasedicilər və yanğınsöndürənlər cəlb edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti