Bakı. Trend:
Noyabrın 15-də ABŞ-ın Kaliforniya ştatındakı Santa-Klarita şəhərində məktəbdə atəş açan və iki şagirdi öldürməkdə şübhəli bilinən gənc xəstəxanada ölüb.
Trend-in TASS-a istinadən verdiyi məlumata görə, bu barədə cümə günü NBC telekanalı xəbər verib.
Hüquq-mühafizə orqanlarındakı mənbələrə görə, şübhəli bilinən 16 yaşlı Nataniel Berhou eyni təhsil ocağında oxuyub.
Məlumatda şübhəlinin məktəb binasında 3 şagirdi yaraladığı, 2-nin isə öldürdüyü bildirilir.
Hüquq-mühafizə orqanları gəncin hücumu əvvəlcədən planlaşdırdığını qeyd etdilər. Onun hansı motivlər əsasında hərəkət etdiyi dəqiqləşdirilməyib.