...

Albaniyada baş verən zəlzələ qurbanlarının sayı 20 nəfərə çatıb

Dünya xəbərləri Materials 27 Noyabr 2019 04:00 (UTC +04:00)
Albaniyada dağıntılara səbəb olan zəlzələ qurbanlarının sayı 20 nəfərə çatıb
Albaniyada baş verən zəlzələ qurbanlarının sayı 20 nəfərə çatıb

Bakı. Trend:

Albaniyada dağıntılara səbəb olan zəlzələ qurbanlarının sayı 20 nəfərə çatıb.

Trend-in məlumatına görə, bu barədə "Albanian Daily News" Müdafiə Nazirliyinə istinadən bildirib.

Oktyabrın 25-də Albaniyanın paytaxtı Tirana yaxınlığında 6,4 bal gücündə zəlzələ baş verib. Seysmoloqların verdiyi məlumata görə, 5 baldan yuxarı bir sıra ard-arda zəlzələlər baş verib.

Bildirilib ki, dağıntılardan 42 nəfər xilas edilib, Durres və Tumane şəhərində xilasetmə əməliyyatı davam edir.

Nüfuzlu Albaniya kanalı "Top сhannel" qeyri-rəsmi olaraq 21 ölü olduğunu qeyd edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti