...

Hindistanda ağır yol qəzası: 7 ölü, 11 yaralı

Dünya xəbərləri Materials 1 Dekabr 2019 02:25 (UTC +04:00)
Hindistanda sərnişin avtobusu avtosisternlə toqquşub
Hindistanda ağır yol qəzası: 7 ölü, 11 yaralı

Bakı. Trend:

Hindistanda sərnişin avtobusu avtosisternlə toqquşub.

Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, toqquşma nəticəsində azı 7 nəfər həlak olub, 11 nəfər isə xəsarət alıb.

Məlumata əsasən, insident Qərbi Benqaliya əyalətinin Murşidabad dairəsində baş verib. Hər iki avtomobilin sürücüsü həlak olub.

Xəsarət alanlar yaxınlıqdakə xəstəxanaya yerləşdiriliblər. Qəzanın səbəbi araşdırılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti