...

Lavrov və Çavuşoğlu Liviyadakı vəziyyəti müzakirə ediblər

Dünya xəbərləri Materials 4 Yanvar 2020 18:21 (UTC +04:00)
Rusiya və Türkiyə xarici işlər nazirləri Sergey Lavrov və Mövlud Çavuşoğlu arasında telefon danışığı keçirilib
Lavrov və Çavuşoğlu Liviyadakı vəziyyəti müzakirə ediblər

Bakı. Trend:

Rusiya və Türkiyə xarici işlər nazirləri Sergey Lavrov və Mövlud Çavuşoğlu arasında telefon danışığı keçirilib.

Trend-in məlumatına görə, bu barədə Rusiya Xarici İşlər Nazirliyi bildirib.

Məlumata əsasən, danışıq zamanı Suriyadakı nizamlanma və Liviyadakı vəziyyət müzakirə olunub:

"Suriyada vəziyyətin nizamlanması və Liviyadakı vəziyyətə də ən yüksək səviyyədə qarşıdakı təmaslara hazırlıq kontekstində toxunulub".

Xatırladaq ki, yanvarın 3-də Bağdad Hava limanının raket zərbələrinə məruz qalması nəticəsində İran İnqilab Keşikçiləri Korpusunun Qüds Xüsusi Qüvvələrinin rəhbəri general Qasım Süleymani öldürülüb. Pentaqon generalın öldürülməsinə görə məsuliyyəti öz üzərinə götürüb. Qeyd edilir ki, əməliyyatın məqsədi gələcəkdə İran tərəfindən hücumların qarşısını almaq olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti