...

Oyuncaq tapança ilə mağazanı qarət etdi

Dünya xəbərləri Materials 7 Fevral 2020 11:12 (UTC +04:00)

Bakı. Trend:

Rusiyanın Novosibirsk vilayətində 54 yaşlı şəxs oyuncaq tapança vasitəsilə kənd mağazasını qarət edib.

Trend-in məlumatına görə, satıcıya hədə-qorxu gələn qarətçi mağazadan bir paket pelmen (düşbərə növü-red) və qadın ətiri götürərək uzaqlaşıb.

Hadisə barədə məlumatlandırılan polis həmin şəxsi yaşadığı evdə saxlayıb. Axtarış zamanı məlum olub ki, o, pelmenin yarısını yeyib, ətiri isə içib.

Hadisə ilə bağlı istintaq aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti