...

"Fianna foyl" partiyası İrlandiyada növbədənkənar parlament seçkilərində qalib gəlib

Dünya xəbərləri Materials 11 Fevral 2020 06:50 (UTC +04:00)
"Fianna foyl" müxalif liberal partiyası İrlandiyada keçirilən növbədənkənar parlament seçkilərində qalib gəlib
"Fianna foyl" partiyası İrlandiyada növbədənkənar parlament seçkilərində qalib gəlib

Bakı. Trend:

"Fianna foyl" müxalif liberal partiyası İrlandiyada keçirilən növbədənkənar parlament seçkilərində qalib gəlib.

Trend-in məlumatına görə, bu barədə "Reuters" agentliyi yekun nəticələrə istinadən xəbər verir.

Məlumata əsasən, "Fianna foyl" partiyası 160 deputat mandatından 38 yer, "Şinn feyn" partiyası 37 yer, hakim "Fine gep" partiyası isə 35 yer alıblar.

Bundan əlavə, "yaşıllar" partiyasına parlamentdə 12, leyboristlərə 6 və sosial-demokratlara 6 yer verilib.

Qeyd edək ki, İrlandiyada növbədənkənar parlament seçkiləri fevralın 8-i keçirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti