...

Banqkokda silahlı şəxs kütlənin üzərinə 40 dəfə atəş açıb

Dünya xəbərləri Materials 14 Fevral 2020 20:06 (UTC +04:00)
İnsident yerinə gələn polis silahlı şəxsi saxlayıb.
Banqkokda silahlı şəxs kütlənin üzərinə 40 dəfə atəş açıb

Bakı. Trend:

Tailandın paytaxtı Banqkokda silahlı şəxs kütlənin üzərinə 40 dəfə atəş açıb.

Trend-in məlumatına görə, səhər saatlarında baş verən insident zamanı 44 yaşlı kişi əvvəlcə havaya atəş açıb, sonra bölgədə olan insanları atəşə tutub.

Hadisə nəticəsində xəsarət alanların olmadığı deyilir. İnsident yerinə gələn polis silahlı şəxsi saxlayıb.

Məlum olub ki, insidentdən əvvəl kişi evdə həyat yoldaşı ilə mübahisə edib və daha sonra odlu silahla evi tərk edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti