...

Tramp: Miluokidə baş verən atışmada 5 nəfər ölüb

Dünya xəbərləri Materials 27 Fevral 2020 04:51 (UTC +04:00)
ABŞ-ın Miluoki şəhərində (Viskonsin ştatı) pivə istehsalı ilə məşğul olan "Molson Coors" şirkətinin ərazisində atışma olub
Tramp: Miluokidə baş verən atışmada 5 nəfər ölüb

Bakı. Trend:

ABŞ-ın Miluoki şəhərində (Viskonsin ştatı) pivə istehsalı ilə məşğul olan "Molson Coors" şirkətinin ərazisində atışma olub.

Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, bunu ABŞ prezidenti Donald Tramp Ağ Evdə çıxışı zamanı deyib.

Onun sözlərinə görə, atışma nəticəsində 5 nəfər həlak olub, bir neçə nəfər isə yaralanıb.

"ABC" telekanalının məlumatına əsasən, daha əvvəl işdən qovulan şəxs silahla şirkətə qayıdaraq insanlara atəş açıb. Bildirilir ki, cinayətkar 5 nəfəri qətlə yetirdikdən sonra intihar edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti