Bakı. Trend:
ABŞ Prezidenti Donald Tramp martın 12-də İrlandiya Respublikasının Baş naziri Leo Varadkarla Ağ Evdə görüşəcək.
Trend-in məlumatına görə, bu barədə Ağ Evin mətbuat katibliyi xəbər yayıb.
"Donald Tramp və İrlandiyanın Baş naziri Leo Varadkar ABŞ-İrlandiya münasibətlərinin möhkəmləndirilməsi yollarını, iqtisadi və mədəni əlaqələri, həmçinin Belfast razılaşmasına birgə sadiqliyi müzakirə edəcəklər", - deyə məlumatda bildirilir.