...

ABŞ-da koronavirusa yoluxma hallarının sayı 100 mini keçib

Dünya xəbərləri Materials 28 Mart 2020 04:48 (UTC +04:00)
ABŞ-da koronavirusa yoluxanların sayı 100 min nəfəri keçib
ABŞ-da koronavirusa yoluxma hallarının sayı 100 mini keçib

Bakı. Trend:

ABŞ-da koronavirusa yoluxanların sayı 100 min nəfəri keçib.

Trend-in məlumatına görə, bu rəqəmləri federal və yerli hakimiyyət orqanlarının məlumatları əsasında hesablamalar aparan Con Hopkins Universiteti göstərib.

Məlumata əsasən, ölkədə 100,717 nəfər koronavirusa yoluxub, 1478 nəfər ölüb, 862 nəfər yoluxan şəxs sağalıb.

Daha əvvəl ABŞ Çin və İtaliyanı keçərək koronavirusa yoluxmuş insanların sayına görə dünyada birinci yerini tutub. Prezident Donald Tramp bu rəqəmləri yaxşı işləyən test sistemi ilə izah etdi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti