Bakı. Trend:
Pentaqon rəhbəri Mark Esper ABŞ Hərbi Dəniz Qüvvələri naziri Tomas Modlinin istefasını qəbul edib.
Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, bu barədə müdafiə naziri M.Esper öz "Twitter" səhifəsində yazıb.
M.Esper bildirib: "Bu gün səhər mən nazir Modlinin istefasını qəbul etdim. Prezidentin razılığı ilə mən quru qoşunları nazirinin hazırkı müavini Ceyms Makfersonu Hərbi Dəniz Qüvvələri nazirinin vəzifələrinin icraçısı təyin edirəm".