...

Avstraliya kruiz gəmilərini ərazi sularından çıxarır

Dünya xəbərləri Materials 8 Aprel 2020 14:21 (UTC +04:00)
Avstraliya hökuməti Kvinslend ştatının sahillərində dayanan 4 kruiz gəmisindən ərazi sularını tərk etməyi tələb edib
Avstraliya kruiz gəmilərini ərazi sularından çıxarır

Bakı. Trend:

Avstraliya hökuməti Kvinslend ştatının sahillərində dayanan 4 kruiz gəmisindən ərazi sularını tərk etməyi tələb edib.

Trend-in məlumatına görə, Baham adaları, Panama və Malta qeydiyyatı olan laynerlərdə ümumilikdə 13,5 min sərnişin var.

Avstraliya hökuməti bildirir ki, ölkədə qeydə alınan koronavirus faktlarının əksəriyyəti kruiz gəmilərinin sərnişinlərində qeydə alınıb. Bununla bağlı olaraq mart ayında “Ruby Princess” laynerinin Sidneyə yan alması üçün icazə verən rəsmi şəxslər barəsində cinayət işi də açılıb. Hazırda həmin gəminin ekipajı karantinə alınıb.

Qeyd edək ki, bu günə qədər Avstraliyada 6 010 nəfər koronavirusa yoluxub, 50 nəfər ölüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti