...

İranda spirtli içkilərdən ölənlərin sayı 700-ü keçib

Dünya xəbərləri Materials 8 Aprel 2020 13:37 (UTC +04:00)
İranda spirtli içkilərdən ölənlərin sayı 700-ü keçib

Trend-i buradan izləyin

Bakı. Elnur Bağışov - Trend:

İranda 20 fevraldan - 7 aprelədək saxta spirtli içkilərdən istifadə nəticəsində 728 nəfər ölüb.

Trend-in məlumatıa görə, bu, İranın Tibbi Ekspertiza Təşkilatının statistikasında öz əksini tapıb.

Statistikaya əsasən, ötən ilin analoji dövründə İranda saxta spirtdən 66 nəfər ölmüşdü. Ölənlərin 627 nəfəri kişi, 101 nəfəri isə qadındır.

Bildirilir ki, qeyd olunan müddətdə ölənlərin yaşı 14-74 arasındadır. Spirtli içkilərdən istifadə nəticəsində ən çox ölüm halı Tehran vilayətində qeydə alınıb.

İranda koronavirusun yayılması ilə saxta spirtli içkilərin (əsasən etanol) istifadəsinin artdığı bildirilir.

Qeyd edək ki, İranda koronavirusa yoluxmanın ilk halı 19 fevralda qeydə alınıb. İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyi ötən günədək (7 aprel) 62 589 nəfərin koronavirusa yoluxduğunu, 3 872 nəfərin öldüyünü və 27 039 nəfərin sağaldığını təsdiqləyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti