...

Tramp ABŞ gəmilərinə maneə törədən İran katerlərini məhv etmək tapşırığı verib

Dünya xəbərləri Materials 22 Aprel 2020 17:15 (UTC +04:00)
ABŞ Prezidenti Donald Tramp Hərbi-Dəniz Qüvvələrinə amerikan gəmilərinə maneə törədən İran katerlərini məhv etməklə bağlı tapşırıq verib
Tramp ABŞ gəmilərinə maneə törədən İran katerlərini məhv etmək tapşırığı verib

Bakı. Trend:

ABŞ Prezidenti Donald Tramp Hərbi-Dəniz Qüvvələrinə onun gəmilərinə maneə törədən İran katerlərini məhv etməklə bağlı tapşırıq verib.

Trend-in məlumatına görə, bu barədə D.Tramp özünün “Twitter” səhifəsində yazıb.

O, tapşırığı ilə bağlı hər hansı bir təfərrüat açıqlamayıb.

Qeyd edək ki, bir neçə gün əvvəl ABŞ Hərbi-Dəniz Qüvvələrinin beşinci donanması Fars körfəzində İran katerlərinin ABŞ gəmilərinin yaxınlığında təhlükəli manevrlər keçirdiyini bildirmişdi. Katerlərin ABŞ hərbi gəmilərinə 9 metr məsafəyədək yaxınlaşdığı deyilmişdi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti