...

Koronavirusun erkən aşkarlanması üçün test yaradılıb

Dünya xəbərləri Materials 2 May 2020 09:21 (UTC +04:00)
Koronavirusun erkən aşkarlanması üçün test yaradılıb

Bakı. Trend:

ABŞ-da alimlər yeni növ koronavirusu erkən mərhələdə aşkarlaya bilən test yaradıblar.

Trend-in "Lenta.ru"ya istinadən verdiyi məlumata görə, yeni test infeksiyanı yoluxmadan 24 saat sonra aşkar edə bilir. Hazırda istifadə edilən testlər isə koronavirusu yoluxmadan 3 sutka sonra müəyyən edir.

Bildirilir ki, ABŞ-ın qida məhsullarına və dərmanlara nəzarət İdarəsi bir həftə ərzində yeni testlərin istifadəsinə icazə verəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti