...

Aİ koronavirus vaksinlərinin hazırlanması üçün 1 milyard avro vəsait ayıracaq

Dünya xəbərləri Materials 4 May 2020 18:03 (UTC +04:00)
Avropa İttifaqı koronavirus vaksinlərinin hazırlanmasının maliyyələşdirilməsi məqsədilə 1 milyard avro vəsait ayıracaq
Aİ koronavirus vaksinlərinin hazırlanması üçün 1 milyard avro vəsait ayıracaq

Bakı. Trend:

Avropa İttifaqı koronavirus vaksinlərinin hazırlanmasının maliyyələşdirilməsi məqsədilə 1 milyard avro vəsait ayıracaq.

Trend-in məlumatına görə, bunu Avropa Komissiyasının rəhbəri Ursula Fon der Lyayen beynəlxalq donor videokonfransında deyib.

Bundan başqa, Fransa Prezidenti Emmanuel Makron bu məqsədlə Fransanın 500 milyon avro ayıracağını vəd edib.

Videokonfrans zamanı Almaniyanın kansleri Angela Merkel vaksinin hazırlanmasının maliyyələşdirilməsi üçün 525 milyon avro, dünyada səhiyyə sisteminin möhkəmləndirilməsi üçün 1,3 milyard avro vəsait ayrılacağını bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti