...

İstanbulda fabrikdə partlayış olub: Ölən var

Dünya xəbərləri Materials 29 May 2020 13:18 (UTC +04:00)
İstanbulda fabrikdə partlayış olub: Ölən var

Bakı. Trend:

İstanbulun Başakşehir rayonunda yerləşən fabriklərin birində partlayış baş verib.

Trend-in məlumatına görə, partlayış fabrikin qazanxana bölümündə olub.

İlkin məlumata əsasən, bir nəfər həlak olub, iki nəfər dağıntılar altında qalıb.

Hadisə yerinə təcili tibbi yardım və xilasedicilər cəlb olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti