...

NASA 26 iyun və 1 iyul tarixlərində açıq kosmosa çıxış planlaşdırır

Dünya xəbərləri Materials 9 İyun 2020 05:14 (UTC +04:00)
NASA 26 iyun və 1 iyul tarixlərində açıq kosmosa çıxış planlaşdırır

Bakı. Trend:

Amerikalı astronavtlar Kristofer Kessidi və Robert Benken Beynəlxalq Kosmik Stansiyasının (BKS) qöyərtəsindən açıq kosmosa iyun-iyul aylarında iki çıxış həyata keçirəcəklər.

Trend-in məlumatına görə, bu barədə NASA-nın rəsmi nümayəndəsi xəbər verib.

Daha əvvəl 2020-ci ildə bu proqram üzrə artıq üç belə çıxış baş tutub.

"Kristofer Kessidi və Robert Benkenin batareyaları əvəz etmək üçün ilk iki çıxışı 26 İyun və 1 İyul tarixlərinə planlaşdırılır", - nümayəndə deyib.

Bildirilir ki, batareyaların dəyişdirilməsi üçün ümumilikdə dörd çıxış tələb olunur. BKS-nın enerji təchizatı sistemi üçün altı yeni batareya stansiyaya Yaponiyanın "HTV-9" kosmik yük gəmisi vasitəsi ilə mayın sonunda çatdırılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti