Bakı. Trend:
Dünyada koronavirusa yoluxanların sayı son sutka ərzində 108 mindən çox artıb.
Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının gündəlik hesabatında deyilir.
İyunun 9-u saat 12:00 üçün olan məlumata əsasən, ötən sutka ərzində 108 918 nəfər yeni koronavirusa yoluxub, 3 539 nəfər isə dünyasını dəyişib. Yoluxanların ümumi sayı 7 039 918, ölənlərin isə 404 396 nəfərə çatıb.
Ən çox yoluxma və ölüm halları Cənubi və Şimali Amerikada qeydə alınıb - 3 366 251 yoluxma və 183 950 ölüm halı.
İkinci yerdə Avropa regionu qərarlaşıb. Burada yoluxanların sayı2 303 361, ölənlərin sayı isə 184 671 nəfərə çatıb.
Üçüncü yeri Qərbi-Sakit okean regionu tutur, burada ümumilikdə 658 614 yoluxma və 14 913 ölüm halı qeydə alınıb.