...

İndoneziyada güclü zəlzələ olub

Dünya xəbərləri Materials 23 İyun 2020 14:58 (UTC +04:00)
İndoneziyada güclü zəlzələ olub

Bakı. Trend:

İndoneziya sahillərində Rixter cədvəli ilə 5,9 bal gücündə zəlzələ olub.

Trend-in məlumatına görə, zəlzələnin episentri Sulavesi adası yaxınlığında, 145 minədək əhalisi olan Qorontalo şəhərindən 145 kilometr məsafədə qeydə alınıb.

Hər hansı bir itki və ya fəsadlar barədə məlumat verilməyib. Yeraltı təkanlar yerin 102 kilometr dərinliyində baş verib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti