...

Bolqarıstanda tikilməkdə olan tunel çökdü- Xəsarət alanlar var

Dünya xəbərləri Materials 24 İyun 2020 14:25 (UTC +04:00)
Bolqarıstanda tikilməkdə olan tunel çökdü- Xəsarət alanlar var

Bakı. Trend:

Bolqarıstanın paytaxtı Sofiya yaxınlığında magistralda tikilməkdə olan tunel çöküb.

Trend-in məlumatına görə, hadisə nəticəsində azı 3 nəfər xəsarət alıb. Xəsarət alanlar dağıntılar altından çıxarılıb və xəstəxanaya yerləşdirilib.

Qeyd olunur ki, hadisə işlər davam edən zaman süxurların çökməsi nəticəsində baş verib.

Tunelin tikintisinin 2021-ci ildə başa çatdırılması planlaşdırılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti