...

"Hyundai" 48 minə yaxın avtomobili geri çağırdı

Dünya xəbərləri Materials 30 İyun 2020 20:49 (UTC +04:00)
"Hyundai" 48 minə yaxın avtomobili geri çağırdı

Bakı. Trend:

"Hyundai Motor" şirkəti Rusiyada 48 minə yaxın avtomobili geri çağırıb.

Trend-in məlumatına görə, bu qərar əyləc zamanı təkərlərin antiblok sistemində mümkün qısaqapanma ilə əlaqədar verilib.

Geri çağırılma 2005-ci ilin avqustundan 2011-ci ilin mayınadək satılmış "Elantra" modellərinə şamil olunub.

Həmin avtomobillərdə təmir işləri ödənişsiz həyata keçiriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti