...

Dünyada 10,8 milyondan çox insan koronavirusa yoluxub

Dünya xəbərləri Materials 2 İyul 2020 05:38 (UTC +04:00)
Dünyada 10,8 milyondan çox insan koronavirusa yoluxub

Bakı. Trend:

Dünyada sutka ərzində yeni koronavirus ilə yoluxma halların sayı 6 mindən çox artaraq 10,8 milyonu keçib.

Trend-in məlumatına görə, ölənlərin sayı isə 518 min nəfəri keçib.

Məlumata əsasən, yoluxanların ümumi sayı 10 801 841, ölənlərin isə 518 843 nəfərə çatıb.

Ən çox yoluxma və ölüm halları Cənubi və Şimali Amerikada qeydə alınıb - 5 544 991 yoluxma və 258 203 ölüm halı.

İkinci yerdə Avropa regionu qərarlaşıb. Burada yoluxanların sayı 2 456 661, ölənlərin sayı isə 192,122 nəfərə çatıb.

Üçüncü yeri Qərbi-Sakit okean regionu tutur, burada ümumilikdə 1 077 426 yoluxma və 24 970 ölüm halı qeydə alınıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti